Elçin Əmirbəyov BBC-yə: “Ermənilərin köçməsindən məmnun deyilik” – AUDİO

      Elçin Əmirbəyov BBC-yə:    “Ermənilərin köçməsindən məmnun deyilik” –    AUDİO
  29 Sentyabr 2023    Oxunub:2905
BBC radiosunun efirində etnik erməni əhalinin Qarabağ bölgəsindən köçməsi məsələsi müzakirə olunub. Proqrama qoşulan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, bu prosesi heç bir halda “etnik təmizləmə” adlandırmaq olmaz. Azərbaycan bu haqda iddiaları qəti şəkildə inkar və rədd edir.
Elçin Əmirbəyov deyib ki, Azərbaycan regionda əmin-amanlığın olmasını istəyir. Azərbaycan hakimiyyəti erməni əhalinin təhlükəsizliyinin təmin olunması üçün çalışır. Son 4-5 gündə atılan addımlar, o cümlədən, ermənilərə humanitar yardımlar da bunun göstəricisidir.



Aparıcının “bu qədər insanın köçdüyünü görəndə Azərbaycan məmnun olurmu” sualına Elçin Əmirbəyov “xeyr” cavabını verərək, əlavə edib ki, amma biz onları zorla saxlaya da bilmərik. Çünki bu halda erməni əhalinin guya girov saxlamağımız haqqında şayiələr yayılacaq.

- Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunaraq, Azərbaycan vətəndaşlığının təqdim etdiyi imkanlardan yararlana, həyat şərtlərini yaxşılaşdıra bilərlər. Gələcəkdə fikirlərini dəyişsələr, qayıda da bilərlər – Əmirbəyov vurğulayıb.

Samir Quliyev
AzVision.az



Teqlər: Qarabağ   Əmirbəyov  





Xəbər lenti