AzVision.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb. "Mercedes" markalı avtomobil "Shagman" markalı yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerində ölüb, digər yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az