Baş nazir beynəlxalq foruma qatılacaq

   Baş nazir beynəlxalq foruma qatılacaq
  29 Sentyabr 2023    Oxunub:1045
Azərbaycanın baş naziri Əli Əsədov gələn ay Gürcüstana səfərə gedəcək. O, oktyabrın 26-27-də Tiflisdə keçiriləcək İpək Yolu Beynəlxalq Forumunda ali qonaq qismində iştirak edəcək.
Tədbirdə 60 ölkədən 2 min nümayəndənin iştirakı gözlənilir. Onların arasında həm hökumət, həm də biznes nümayəndələri olacaq.

Forumun əsas mövzusu “İpək Yolu”nun üzərində yerləşən ölkələrdə ticarətin, elektron kommersiyanın, infrastrukturun inkişafına dəstək verməkdir.

Forumu Gürcüstanın baş naziri İrakli Qaribaşvili açacaq. Tədbirin proqramında panel müzakirələri, həmçinin investorlarla üzbəüz danışıqlar nəzərdə tutulub.

Xatırladaq ki, Tiflisdə ilk İpək Yolu Forumu 2015-ci ilin oktyabrında baş tutmuşdu.

Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.

Samir Quliyev
AzVision.az



Teqlər: İpək-Yolu   Əli-Əsədov  





Xəbər lenti