Çində dəmir yolu ilə rekord sayda sərnişin daşınıb
“Tarixdə ilk dəfə bir gündə dəmir yolu ilə daşınan sərnişinlərin sayı 20 milyon nəfəri ötüb”, - məlumatda bildirilir.
Qeyd edək ki, cümə günü Çində Payız Ortası Bayramı qeyd edilirdi və bundan dərhal sonra ölkədə Çin Xalq Respublikasının Quruluşu Günü (1 oktyabr) münasibətilə bir həftəlik istirahət başlayır. Adətən, bu bayram günləri nəqliyyat şəbəkələrində yüklənmə ilə müşayiət olunur.
AzVision.az