Prezident Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

   Prezident Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb
  02 Oktyabr 2023    Oxunub:1535
Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.
AzVision.az xəbər verir ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib:

“Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”.

Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 30 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti