Azərbaycan süni intellekt sahəsində ICESCO ilə əməkdaşlıq etmək istəyir

Azərbaycan süni intellekt sahəsində ICESCO ilə əməkdaşlıq etmək istəyir
  02 Oktyabr 2023    Oxunub:920
Azərbaycan Süni İntellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ilə əməkdaşlıq etmək niyyətindədir.
Bunu Azərbaycana rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün X hesabında qeyd edib.

“74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO - red.) baş direktoru Salim Almaliklə görüşdük. Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə, o cümlədən süni intellekt sahəsində ICESCO ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”-nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti