Rəis Rəsulzadənin səhhəti ilə bağlı KTM-dan açıqlama

   Rəis Rəsulzadənin səhhəti ilə bağlı KTM-dan açıqlama
  03 Oktyabr 2023    Oxunub:660
Əməkdar rəssam Rəis Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən AzVision.az -a verilən məlumata görə, o, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.

Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, o, 1946-cı ildə anadan olub. R.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti