Vəkil: “Arutyunyanın dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq”

      Vəkil:  “Arutyunyanın dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq”
  04 Oktyabr 2023    Oxunub:893
“Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir”.
Bunu Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkil Alov Səfərəliyev bildirib. Alov Səfərəliyev artıq Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində də iştirak edib:



“Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti