Şərqi Zəngəzur və Qarabağ bölgəsinə qar yağacaq

   Şərqi Zəngəzur və Qarabağ bölgəsinə qar yağacaq
  04 Oktyabr 2023    Oxunub:868
Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Şimal rayonlarında 29 mm, Qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, Cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.

Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti