"Atamın son gülüşü heç vaxt yadımdan çıxmayacaq" - Xoşbəxt Yusifzadənin qızı

   "Atamın son gülüşü heç vaxt yadımdan çıxmayacaq" -    Xoşbəxt Yusifzadənin qızı
  04 Oktyabr 2023    Oxunub:1164
"Dünən atamla iki dəfə telefonla görüntülü danışdım. Son danışığımızda mənə baxıb gülümsəyirdi. Onun son gülüşü heç vaxt yadımdan çıxmayacaq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik Xoşbəxt Yusifzadənin qızı Eltac Yusifzadə deyib. O, ata itkisinin çox çətin olduğunu bildirib.

"Telefonla danışanda yaxşı olduğunu dedi. Son illər onunla tez-tez danışırdıq və çox yaxınlaşmışdıq. Ata kimi onun yeri həyatımızda böyük idi. Mənim həmişə yaxşı oxumağımı, işləməyimi və seçilən şəxslərdən olmağımı istəyirdi. O, çox yaxşı ata və baba oldu".

Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir. O, Birinci Fəxri xiyabanda dəfn olunacaq.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti