"Xoşbəxt Yusifzadə qayğıkeş ata, yaxşı ailə başçısı olub"

   "Xoşbəxt Yusifzadə qayğıkeş ata, yaxşı ailə başçısı olub"
  04 Oktyabr 2023    Oxunub:1361
"Xoşbəxt Yusifzadə böyük neftçi-alim, Azərbaycan xalqının sevimlisi idi. Lakin o, bizim üçün ancaq qayğıkeş ata, dayı idi. Bütün Pirşağı kəndi üçün o, sadəcə Xoşbəxt idi"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik Xoşbəxt Yusifzadənin bacısı qızı Sevinc Rzayeva deyib:

"Böyük işin sahibi olub və ya dünya ilə bir hörməti var idi. Biz onunla fəxr edirik. Uşaqlıqdan hər dərdimizdə, hər şərimizdə yanımızda idi. Dövlət adamı olanlar, xalq üçün işləyənlər adətən öz ailələrinə az qayğı göstərir. Lakin Xoşbəxt Yusifzadə həmişə yaxşı ailə başçısı, ata, oğul, dayı olub.

Başda hörmətli Prezidetimiz İlham Əliyev və Vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, diqqət göstərən hər kəsə minnətdarıq".

Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir. O, Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti