“Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb

“Mercedes"lə traktor toqquşub,    iki nəfər ölüb
  04 Oktyabr 2023    Oxunub:776
İmişlidə “Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb.
Ölümlə nəticələnən yol qəza hadisəSİ ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində qeydə alınıb.

Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti