Türkiyənin sabiq xarici işlər naziri İlham Əliyevə təbrik məktubu göndərib

   Türkiyənin sabiq xarici işlər naziri İlham Əliyevə təbrik məktubu göndərib
  04 Oktyabr 2023    Oxunub:773
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu gəlib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident!

Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan ağrı-acılar artıq tam sona yetir. Qarabağda qalmağa razı olan ermənilər rifah dövləti Azərbaycanın vətəndaşları olmağın bütün üstünlüklərindən faydalanacaqlar. Başda erməni diasporu olmaqla radikal ermənilər isə bundan sonra ancaq özlərinə ziyan vuracaqlar.

Cənab Prezident, Qarabağda uzun müddət davam etmiş problemin həlli münasibətilə başda Siz olmaqla bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda sülhün və sabitliyin davamlı olmasını arzulayıram.

Sizə cansağlığı diləyir, səmimi ehtiramımı ifadə edirəm.

AzVision.az


Teqlər:





Xəbər lenti