"Xoşbəxt yaşadı, heç bir əziyyət çəkmədi"- Misir Mərdanov

   "Xoşbəxt yaşadı, heç bir əziyyət çəkmədi"-    Misir Mərdanov
  04 Oktyabr 2023    Oxunub:1167
"Bu gün Azərbaycan ictimaiyyətinə çox ağır itki üz verib. Azərbaycanın tanınmış alimi, ziyalısı, ağsaqqalı, Azərbaycanda neft və qaz sənayesinin bugünki günə gəlib çatmasında çox böyük rolu olan böyük kişini itirdik".
AzVision.az xəbər verir ki, bunu AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

"Ötən həftənin cümə günü yaxın dostu akademik Azad Mirzəcanzadənin doğum günü ilə bağlı konfransda iştirak edirdi. Və bir neçə gün sonra özü həyatını itirdi. O qədər yaşının olmasına baxmayaraq, ad günümü unutmurdu. Hər dəfə Xoşbəxt Yusifzdə zəng edib təbrik edirdi. Mən də onu təbrik edirdim. Yüksək səviyyəli insan idi. Bütün həqiqətləri zarafatla danışan adam idi. Allahın verdiyi ömrü xoşbəxt yaşadı, heç bir əziyyət çəkmədi".

Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir. O, Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti