"Onun tək Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən tapıntının altında imzası var idi"

   "Onun tək Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən tapıntının altında imzası var idi"
  04 Oktyabr 2023    Oxunub:1101
"Xoşbəxt müəllim hamımız üçün müəllimi idi. Azərbaycan Dövlət Neft Şirkəti deyiləndə, Xoşbəxt müəllim yada düşür".
AzVision.az xəbər verir ki, bunu ötən gün vəfat edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimində çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

O bildirib ki, Xoşbəxt Yusifzadə şərəfli, layiqli ömür yaşayaraq öz vətəninə xidmət edib.

"Onun tək Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən tapıntının altında imzası var idi. Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir", - deyə R.Nəcəf qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti