Əri amansız rəftar etdi, özünü asdı

   Əri amansız rəftar etdi, özünü asdı
  04 Oktyabr 2023    Oxunub:829
İyunun 16-da Cəlilabad rayonu, Göytəpə şəhər sakini 55 yaşlı Mənsurə Babayevanın yaşadığı evin həyətində intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cəlilabad Rayon Prokurorluğundan AzVision.az -a bildirilib ki, istintaqa Daxıl Şabıyevin Mənsurə Babayevanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Daxıl Şabıyevə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Daxıl Şabıyev Mənsurə Babayevanın həyat yoldaşı olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəmkirdə də qadını intihar həddinə çatdıran şəxs barəsində cinayət işi açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti