"Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik" - Qurban Qurbanov

   "Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik" -    Qurban Qurbanov
  05 Oktyabr 2023    Oxunub:1115
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken”lə səfər matçından əvvəl mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, “Dagens Nyheter” nəşrinin isveçli jurnalisti Yens Littorin Qurban Qurbanova "Ermənilərin Qarabağı tərk etməsi sizə necə təsir edir" deyə sual verib. Baş məşqçi sualı belə cavablandırıb:

"Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır".

AzVision.az


Teqlər:



Xəbər lenti