Bakıda piyada səkisini zəbt edib, mağaza açdılar

   Bakıda piyada səkisini zəbt edib,    mağaza açdılar
  05 Oktyabr 2023    Oxunub:1380
Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsi yaxınlığındakı mağaza piyada səkisini zəbt edib.
AzVision.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə səhifəsində məlumat verib.

"Yaşadığı küçənin ətrafında hər hansı istirahət parkı da yoxdur. Müəyyən ərazilər istisna olmaqla, artıq piyada gəzmək mümkün deyil. Bu azmış kimi piyadalar üçün səkilərin də günü-gündən zəbt olunduğunu görürük.

Dünən hər gün getdiyim Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquuzadə küçəsi ilə Həsən Əlliyev küçəsinin kəsişməsindən üzü Bakıxanov küçəsi itiqamətinə düşəndə yolun sağ tərəfində, piyadaların keçidi üçün səkinin zəbt olunaraq təcili surətdə əlavə artırılma aparıldığını gördüm. Rəsmi olaraq müvafiq qurumlara şikayətlər göndərmişəm. Onun sökülməsini tələb etmişəm. Mağazanın adı “Eleqant Əmiraslanoğlu”dur. Lakin bu mənzərə heç də eleqant görsənmir”.



AzVision.az


Teqlər:



Xəbər lenti