Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

   Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
  05 Oktyabr 2023    Oxunub:1004
Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: Kəlbəcər  



Xəbər lenti