“Reinteqrasiya artıq başlayıb” – Elçin Əmirbəyov (VİDEO)

   “Reinteqrasiya artıq başlayıb” –    Elçin Əmirbəyov (VİDEO)
  05 Oktyabr 2023    Oxunub:1534
ABŞ-ın Hudson İnstitutu Qarabağda yaranmış son vəziyyətlə bağlı onlayn müzakirə təşkil edib. Müzakirədə İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran, baş elmi işçisi Lyuk Koffinin və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirak ediblər.
Elçin Əmirbəyov bildirib ki, Azərbaycan Qarabağın erməni əhalisi ilə dialoqa hazırdır. İndi Qarabağdakı separatçı qurum özünü buraxıb, yollar açılıb, demək, dialoqa heç bir maneə yoxdur. Artıq Azərbaycan hökuməti Qarabağdakı erməni əhalinin reinteqrasiyası üçün lazım olan addımları atmağa başlayıb.



Ermənistanla münasibətlərlə bağlı Prezidentinin nümayəndəsi deyib ki, sülh danışıqları bərpa olunmalıdır: “Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib.



Teqlər: Reinteqrasiya  



Xəbər lenti