Putin: “Rusiyanın heç bir ərazini zəbt etmək marağı yoxdur”

      Putin:    “Rusiyanın heç bir ərazini zəbt etmək marağı yoxdur”
  05 Oktyabr 2023    Oxunub:1222
“Ukrayna böhranı ərazi münaqişəsi deyil. Rusiyanın hansısa əraziləri zəbt etmək marağı yoxdur”.
AzVision.az -ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.

Rusiya lideri qeyd edib ki, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hesab edəcək.

Putinin sözlərinə görə, Qərbdəki kontragentlər bütün qaydaları pozublar.

O əlavə edib ki, özünü müstəqil aparan hər kəs Qərb üçün yox edilməli olan birinə çevrilir.

AzVision.az



Teqlər:



Xəbər lenti