Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəlib

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəlib
  06 Oktyabr 2023    Oxunub:1262
Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti