"Bu qətnamə tarixin zibilliyinə atılacaq" - Avropa Parlamentinə etiraz

 "Bu qətnamə tarixin zibilliyinə atılacaq" -  Avropa Parlamentinə etiraz
  06 Oktyabr 2023    Oxunub:1222
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə etiraz ediblər.
AzVision.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxalqığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti