Hərbçimiz yol qəzasında ölüb

 Hərbçimiz yol qəzasında ölüb
  06 Oktyabr 2023    Oxunub:1420
Müdafiə Nazirliyi oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlunun vəfat etdiyini təsdiqləyib.
Bu barədə AzVision.az -a nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.
***
Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub.

AzVision.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb.

Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti