"Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfrans təşkil olunub

"Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfrans təşkil olunub
  05 Oktyabr 2023    Oxunub:645
Ümumdünya Memarlar Günü münasibətilə 5 oktyabr Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən Bakı KOB Evində "Memarlıq irsi: Müasir və gələcək trendlər" adlı konfrans təşkil olunub. Konfransda Yaponiyanın Pacific Co. Beynəlxalq Infrastruktur Korporasiyasının mütəxəssisləri iştirak ediblər.
Konfransı açılış nitqi ilə açan Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yuniçi Vada iqtisadiyyatın vacib sahələrindən olan tikinti sahəsi haqqında, ölkələr arasında iqtisadi əlaqələrdən, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Yaponiyanın aparıcı şirkətləri ilə əlaqələrindən söz açıb. Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMIA) Baş katibi Şahano Sarı Assosiasiyanın fəaliyyəti haqqında iştirakçılara məlumat verərək əsas maqsadin ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarət olduğunu vurğulayıb.

Pacific Co. Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi təmsil etdiyi qurumun fəaliyyətə başladığı tarixdən həyata keçirdiyi layihələr barədə məlumat verib.

"1951-ci ildə təsis edildiyimiz gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, Pacific Consultants Co. Ltd ham yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümələǝdən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilmişdir. Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilmişdir. İlk dəfədir Bakıdayıq. Cəlbedici, müasir, icra texnikasına görə bir birindən seçilən binalarınız vardır. Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqəçəkən, unikal, qədim və müasir memarlıq abidələri ilə tanışlığımız zamanı Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik",- deyə Yoko Şiraişi bildirib.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasının təşəbbüsü ilə Ümumdünya Memarlar Gününə həsr olunmuş konfransda qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi yolları müzakirə edilib. Sonda yaponiyalı mütəxəssislər zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsindən, mövcud binalar üçün möhkəmləndirmə texnologiyası haqqında məlumat verərək, tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, Azərbaycan Tikinti Materiallan Istehsalçıları Assosiasiyası (ATMIA) 2017-ci ildə yaranan, ölkənin 400-dən çox tikinti materialları istehsalçılarını və tikinti şirkətlərini özündə birləşdirən bir qurumdur.

Assosiasiyanın fəaliyyətinin as maqsadi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən, o cümlədən ölkə daxilində və xaricində keçirilən sərgi və yarmarkalarda vahid ölkə “Made in Azerbaijan" brendinin təşviqindən ibarətdir.

AzVision.az


Teqlər:



Xəbər lenti