AZAL İsrailə və əks istiqamətə bütün reysləri ləğv edib

   AZAL   İsrailə və əks istiqamətə bütün reysləri ləğv edib
  07 Oktyabr 2023    Oxunub:1084
İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Gurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.

Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

AzVision.az



Teqlər: AZAL   İsrail  





Xəbər lenti