İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşlar var?

   İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşlar var?
  08 Oktyabr 2023    Oxunub:1292
İsraildə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə AzVision.az -a Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

“İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

AzVision.az


Teqlər:



Xəbər lenti