AZAL Təl-Əvivə reysləri oktyabrın 10-dan bərpa edəcək

   AZAL Təl-Əvivə reysləri oktyabrın 10-dan bərpa edəcək
  08 Oktyabr 2023    Oxunub:1322
Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.
Bu barədə AzVision.az -a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti