İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

   İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu
  09 Oktyabr 2023    Oxunub:1783
İsrail ötən gecə Qəzza zolağında HƏMAS-a qarşı yenidən hava əməliyyatı keçirib.
Terror təşkilatının 500-dən çox hədəfi döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti