"Sürətli urbanizasiya şəraitində Azərbaycan mürəkkəb şəhərsalma çağırışları ilə üzləşir" - Nazir müavini

   "Sürətli urbanizasiya şəraitində Azərbaycan mürəkkəb şəhərsalma çağırışları ilə üzləşir" -    Nazir müavini
  10 Oktyabr 2023    Oxunub:1557
"Sürətli urbanizasiya şəraitində bir çox dövlətlər kimi Azərbaycan da mürəkkəb şəhərsalma çağırışları ilə üzləşir. Lakin bu axtarışda köhnə və yeninin harmonik qarışığına nail olmağa çalışır".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib. Onun sözlərinə, irs obyektləri və şəhərlər dayanıqlı, davamlı, yaşayış qabiliyyətli, innovasiyalar tətbiq edilərkən qorunan olmalıdır:

"İqlim dəyişikliyi, ətraf mühitinin deqradasiya şəraitində şəhərlərimizin ekoloji məsuliyyətli dizayn edilməsi vacibdir. Tikinti, enerji istifadəsi və tullantıların idarə olunmasında davamlı təcrübələrdən istifadə edilməlidir. Təbii fəlakətlərə və iqtisadi dalğalanmalara və sosial problemlərə tab gətirə bilən irs yerləri və şəhərlər qurmaq lazımdır. Bu, cavab mexanizmlərinə sərmayə qoymaq deməkdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti