"Ermənistanda məhv edilən irsimizə dair həqiqətləri dünyaya çatdırmalıyıq"

   "Ermənistanda məhv edilən irsimizə dair həqiqətləri dünyaya çatdırmalıyıq"
  10 Oktyabr 2023    Oxunub:1437
Azərbaycanın zəngin tarixi mədəni irsinin bir hissəsi indi Ermənistan ərazisindədir. Bu irs nümunələrinin böyük əksəriyyəti burada yaşayan azərbaycanlıların, o cümlədən digər türk xalqlarının izinin itirilməsi məqsədilə qəsdən dağıdılıb, məhv edilib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Təəssüf ki, bu günə qədər çatan abidələrin kimliyi dəyişdirilmiş və onların tarixi qəsdən dəyişdirilib. Unutmamalıyıq ki, bu irs nümunələri bütün türk xalqlarının milli elementləri və keyfiyyətləri özündə ehtiva edir. Bu mənada bütün Türkdilli dövlətlərin bu irsin qorunmasında, tanıdılmasında və bu abidələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycana dəstək olmağa çağırıram".

S.Fətəliyev qeyd edib ki, mədəni əlaqələrin genişləndirilməsi yönündə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi prioritet məsələlərdəndir:

"Bu mənada türk abidə menecerləri şəbəkəsinin yaradılması müvafiq irs abidələri mütəxəssislərin sıx əlaqəsinə, təcrübə mübadiləsinə, müxtəlif region layihələrinin işlənməsinə şərait yaradacaq. Bu da nəticə etibarı ilə abidələrin daha yaxşı qorunmasına və idarə olunmasına öz töhfəsini verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti