"Şuşada 23 yeni binanın tikintisi tezliklə yekunlaşacaq" - Tural Novruzov

"Şuşada 23 yeni binanın tikintisi tezliklə yekunlaşacaq" -    Tural Novruzov
  10 Oktyabr 2023    Oxunub:1558
"Yaxın zamanda Şuşada 23 yeni binanın tikintisi yekunlaşacaq".
AzVision.az xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov deyib. O qeyd edib ki, 3 il ərzində Heydər Əliyev Fondunun rəhbərliyi ilə Şuşada bir neçə abidə bərpa olunub.

"Qeyd etməliyəm ki, işğal dövründə Şuşada 70 faiz abidə dağıntılara məruz qalmışdı. Biz Şuşada yeni şəhərcik saldıq, insanların ora köçürülməsini təmin edəcəyik.

Biz şəhərin davamlı inkişaf etdirilməsi üçün dayanıqlılığı vurğulayırıq. Lakin ekoloji cəhətdən əmin olmalıyıq ki, bu inklüziv şəhərdir. Ekoloji baxımdan məlumdur ki, Şuşa yaşıl şəhərdir və hər bir bina ətrafında ağac əkiləcək və heç bir ağac qırılmayacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti