Qarabağa gələn Türkiyə XİN rəhbəri avtomobili özü sürdü

Qarabağa gələn Türkiyə XİN rəhbəri avtomobili özü sürdü
  10 Oktyabr 2023    Oxunub:1326
Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşaya avtomobili özü sürüb.
Türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Qeyd edək ki, Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
AzVision.az



Teqlər:



Xəbər lenti