Prezident Özbəkistanla imzalanan sənədi təsdiqlədi

   Prezident Özbəkistanla imzalanan sənədi təsdiqlədi
  11 Oktyabr 2023    Oxunub:1088
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.
AzVision.az -ın xəbərinə görə, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti