Bu ilin 8 ayında doğulanların 99-u üçəm, 4-ü dördəm olub

   Bu ilin 8 ayında doğulanların 99-u üçəm, 4-ü dördəm olub
  11 Oktyabr 2023    Oxunub:1136
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən xəbər verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşmüşdür.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.

AzVision.az


Teqlər:



Xəbər lenti