Azərbaycana turist axını 32 faiz artıb
Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.
Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.
Regional baxımdan isə ilk 3-lüyə 26,3 faizlə Rusiya, 20,3 faizlə Asiya və 18,8 faizlə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 faizlə Yaxın Şərq, 8,65 faizlə Avropa, 8,1 faizlə İran və 2,7 faizlə digər regionlar qərarlaşıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


