Energetika sahəsində Rusiya ilə ikitərəfli əlaqələr, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib.
Nazir Pərviz Şahbazov Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb. Görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında energetika əməkdaşlığının rolundan bəhs edilib. Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə isə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın energetika sahəsində ölkəmizlə geniş əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğu ifadə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


