Qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı tapşırıqlar verilib

 Qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı tapşırıqlar verilib
  13 Oktyabr 2023    Oxunub:1223
Azərbaycanda aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bununla bağlı tapşırıqları “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çatdırıb.

Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti