Naxçıvanda bir sıra idarələr ləğv edildi

   Naxçıvanda bir sıra idarələr ləğv edildi
  13 Oktyabr 2023    Oxunub:1203
Naxçıvan Muxtar Respublikası (NMR) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 12 oktyabr 2023-cü il tarixli 274/ü nömrəli əmri ilə nazirliyin stansiya, laboratoriya və bir sıra idarələri ləğv edilib.
Nazirliyin ləğv edilən qurumları Hidrometrologiya İdarəsi, Meşələrin İnkişafı İdarəsi, Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Balıq Mühafizə Stansiyası, Meşə Təsərrüfatı İdarəsi və Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsidir.

Qeyd edək ki, kreditorlar 2 (iki) ay müddətində tələblərini ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.

AzVision.az


Teqlər:



Xəbər lenti