Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir

Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir
  14 Oktyabr 2023    Oxunub:1139
Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir.
AzVision.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib. (Apa)


Teqlər:



Xəbər lenti