Fransa nişan altında: İrəvana silah vermək nəyi dəyişəcək?

  Fransa nişan altında: İrəvana silah vermək nəyi dəyişəcək?
  25 Oktyabr 2023    Oxunub:1365
Cənubi Qafqazda sülh və iqtisadi fəallıqla bağlı müzakirələrin gündəmi zəbt etməsi fonunda Fransa hökuməti Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək qərarına gəlib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğu dövrdən Cənubi Qafqazda balanslı siyasət aparmayan Fransa indi də yalnız İrəvana dərvişi göndərməklə şəxsi məqsədləri üçün nəyi isə həll etmək məqsədi güdür. Dərviş də eşşəklə gəldiyi üçün heç nəyə nail ola bilməyəcək.



Üç il bundan öncə 44 gün ərzində Azərbaycan ordusu ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxşlarında regionda sabitliyin və sülhün tərəfdarı olduğunu dəfələrlə vurğulayıb. Lakin, rəsmi Parisin son bəyanatları və atdığı addımlar İrəvanı bölgədə müharibəyə başlamağa sürükləməyə .

Fransanın Ermənistana verəcəyi silahlar...

Fransanın bölgəyə hərbi texnika göndərəcəyinə dair məlumatlar hələ bu ilin yazında mediaya sızmışdı. Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun direktoru Emmanuel Dyupyui verdiyi müsahibədə bildirib ki, İrəvan 50 ədəd Fransanın “VAB MK3” zirehli transportyorlarını alacaq və gündəmdə “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının Ermənistana ötürülməsi ehtimalı da dayanır.



Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornünün sözlərinə görə, tərəflər üç “Ground Master 200” (GM200) radarının satışı ilə bağlı razılığa gəliblər və Fransanın “Mistral” raketi daşıya bilən hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar. Qeyd edək ki, “Mistral” qısa mənzilli silahdır və Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan “İqla-Super” portativ zenit-raket kompleksləri ilə əsasən oxşar taktiki-texniki xüsusiyyətlərə malikdir.

“Mistral” aşağı istilik nişanlı hədəfləri vurmağa qadirdir. Hazırda Ermənistana raketin hansı modelinin təklif edildiyi məlum deyil. Ancaq qeyd etmək lazımdır ki, “Mistral-3” raketinin son versiyası 8 km radiusda, 6 km-ə qədər hündürlükdə və 500 m-ə qədər minimum tutma məsafəsinə malikdir.



Bundan əlavə, “İqla-Super” çiyinə qoyularaq istifadə olunsa da, “Mistral” quraşdırma tələb edir. Bu isə onun daşınmasını daha az səmərəli edir. Döyüş əməliyyatlarının mövcud reallıqlarını nəzərə alsaq, bu çox vacibdir. Həmçinin, ağırlığına görə “Mistral” sisteminin istifadəsi üçün daha çox personal tələb olunur və bu amil silahın xüsusi atəş mövqeyində ilkin yerləşdirilməsində ciddi çətinlik yaradacaq.



“GM200” radarına gəlincə, o, hava hücumundan müdafiə üçün orta mənzilli sistemdir. Bu radar 250 km-ə qədər radiusda (döyüş rejimində 100 km-ə qədər) hava hədəflərini aşkarlaya, həmçinin səthdəki obyektlərə nəzarət edə bilir.

Aşkarlama hündürlüyü 24 km-dir. Texnoloji cəhətdən “GM200” hava hücumundan müdafiə sistemi üçün bir növ sensordur. Bu radar həm aerodinamik, həm də ballistik hədəfləri aşkar etmək qabiliyyətinə malikdir.

Lakin bu sistem ballistik və qanadlı raketləri aşkarlamaq və izləmək qabiliyyətinə malik olsa belə, onların hazırda Ermənistanda xidmətdə olan “S-300” hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası mümkün deyil. Buna görə də, inteqrasiya olmadıqda, “GM200” radarlarının yalnız izləmə rolunu yerinə yetirəcəyini iddia etmək olar.

Silaha qulluq - Dramla hara kimi?

“GM200” radarına mütəmadi şəkildə texniki qulluq lazımdır. Bu Rusiya istehsalı olan silahlara bənzəmir. Fransa nazı var bu silahlarda. Odur ki, silahın baxımı xeyli xərc tələb edir ki, bu da Ermənistan büdcəsinə təzyiqi artıracaq. Digər tərəfdən, silahların tədarükü həm də onların saz vəziyyətdə saxlanmasını, əlavə maddi xərclərə səbəb olan texniki xidmətin aparılmasını nəzərdə tutur. Burada söhbət Ermənistan hərbi qulluqçularına verilən hərbi texnikanın əməliyyat və döyüş istifadəsinə yerindəcə öyrədilməli olan hərbi mütəxəssislərin dəvət edilməsindən gedir. Yəni, fransızlar erməni zabitləri və kiçik zabitləri hazırlayacaqlar.



Bundan əlavə, bu radarların fəaliyyəti ilə bağlı problemlər Rusiya tərəfində də yarana bilər. Çünki Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir ki, bu da Fransa sistemlərinin imkanlarından maksimum istifadəni xeyli çətinləşdirəcək.

Aktyor Paşinyan

44 günlük müharibədən sonra Ermənistanın hazırki hakimiyyəti məğlubiyyətdə keçmiş iqtidarı suçladı, hətta bir neçə nəfəri saxlamaqla işini bitmiş hesab etdi. Lakin, daxildə siyasi və iqtisadi problemlər məğlubiyyətin ardınca gəlirdi. Hazırda Ermənistanda iqtidar yaranmış vəziyyətdən çıxış yolunu axtarmağa çalışır. Və Rusiyadan əli kəsilən İrəvan Moskva qarşısında müxtəlif bəhanələr gətirərək Qərblə yaxınlaşmağa başladı.



Qərb isə öz növbəsində ermənilərin qarşısına nə isə atmalıdır. Bu da təbii ki, ehtiyac duyulan, amma regionda silah balansına heç bir təsir göstərməyən müxtəlif sistemlərdir. Fransa Rusiyanın əlindən regiona daxil ola bilmirdi. Rəsmi Bakı Parisi Qarabağ problemin nizamlanmasında göstərdiyi “fəallığa” və 44 gündə nümayiş etdirdiyi “qəhrəmanlığa” görə gözəl tanıyır.

Gürcüstan təkcə bir dövlətlə deyl, bütövlükdə Avropa ilə dost olmaq istəyir. Odur ki, boşluq Ermənistandır. Birincisi, silah anlaşması daxili siyasi təbliğat, ikincisi, KTMT-nin bütün sazişlərindən tədricən çıxmaq məqsədi güdə bilər. Baş nazir Nikol Paşinyan isə bu oyunda gözəl aktyorluq etməyi bacarır.



Ermənistanın Fransadan almaq istəyi silahın pullarını necə verəcəyi də məlum deyil. Paris mətbuatı da bununla maraqlanır. Lakin konkret cavab tapa bilmir. Məşhur “Le Monde” nəşri bununla bağlı məqalə hazırlayıb. Qəzet qeyd edib ki, Fransanın Ermənistana dəstəyinə təlimlər, eləcə də radarların və zenit-raketlərin satışı daxildir:

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, - nəşr vurğulayıb.



Həmçinin, Fransanın tez bir zamanda Ermənistanı bu qədər silahla təmin etməsi real görünmür. Çünki, rəsmi Paris hələ bu ilin əvvəlində Ukrayanaya radar verəcəyini vəd etmişdi. Amma ortada nə radar var, nə də raket. Digər ərəfdən bütün erməni ordusu Rusiya sistemi ilə təchiz edildiyi halda NATO silahının inetqrasiyası necə baş verəcək?



Məsələn, Hindistan silahları fransız silahlarından daha çox rusiya silahlarına uyğunlaşdırılıb. Ona görə də, Ermənistan Silahlı Qüvvələrində fransız silahlarının strateji əhəmiyyəti olmayacaq.



Eyni zamanda hətta sistem uyğunlaşsa belə Azərbaycan üçün bu fakt heç nəyi dəyişməyəcək. Azərbaycan Cənubi Qafqazda müdafiə və milli təhlükəsizlik sahəsinə ən çox vəsait ayıran dövlətdir. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi xətti davam edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti