Xaçatryan işində şahidlər: “Nənəmi dəfn edəndə baş hissəsi yox idi”
“Vaqifi tanımıram. Hadisələrdə iştirak etdiyimə görə bu cinayətlərə şahidlik etmişəm. Mən Meşəlidə olarkən hadisə baş verib. Evdə yatdığım yerdə səhər bacım Rəhimov Bəyim və mən ayağımızdan güllə yarası almışıq. Ayağımdan və çiynimdən vurublar. Badara ermənilərin adları çəkilirdi.
Bütün kənd camaatı deyirdi ki, Vaqif başçılıq edirdi. Nənəmi, dayılarımı Meşəli hadisələrində itirmişəm. Nənəmi dəfn edəndə baş hissəsi yox idi. Avtomatdan, pulemyotdan, qrantamyotdan istifadə edirdilər. Xaçatryan mənim babamı, dayılarımı tanıyırdı. Mənim dayımgilə gəlirdin. Hamının evində çörək kəsib sonra pulemyotun qabağına verdin”.
Vaqif Xaçatryan: “Mən həmin vaxt orada olmamışam. Tutulmuşam deyə mənim adımı çəkirlər”.
Zərərçəkən İbadullayev Elşən: “Bu şəxsi tanımıram.Həmin vaxt 16 yaşım var idi. Mən o vaxt uşaq olmuşam. Kəndə zülm verənlər Vaqif və onun ətrafı olub. Yaylaqda qoyun oturduğumuz zaman bizi atəşə tutdular. Həmin gün də atəş səsinə oyandıq. Mikrafonla deyirdilər ki, təslim olun. Qənimət kişi təslim oldu da, onu niyə vurdunuz? Kənd camaatı Vaqifin başda olduğunu deyirdi. Kəsdiyimiz çörək sizi tutsun”.
Zərərçəkən İbadullayev Niyazi: “Vaqifi tanımıram. Hadisə zamanı qardaşım şam bağında güllələnib. Xalamoğlu, bibim və dayımı orada itirmişəm”.
Xaçatryan: “İsmayılı, Nəbini tanıyırdım. Amma mən orada olmamışam”.
Zərərçəkən Behbudov Əli:
“Vaqifi tanıyıram. Axşamdan kəndi mühasirəyə almışdılar. Vaqif kəndimizin hər cığırını tanıyırdı. Bibim oğlanlarını, Qənimət kişini, Novruz kişinin ailəsini, qaynatamı vurdular. Armen, Armais, Ernes, Edo hamısını xatırlayıram. Yoldaşım və qızım zərər görmüşdülər. Evimizi yandırdılar, maşınımı atəşə tutdular. Yolumuzu kəsirdilər”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


