Keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəblərin taleyi necə olacaq?

   Keçmiş məcburi köçkünlərin təhsil aldığı məktəblərin taleyi necə olacaq?
  01 Noyabr 2023    Oxunub:792
Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin aqibəti barədə danışıb.
AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu məsələdə iki variant mövcuddur.

"30 illik işğal dövründə bəzi məktəblərdə yeni binalar tikilib. Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publiki hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir"- deyə nazir əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti