Səbailin bir hissəsində su kəsiləcək

Səbailin bir hissəsində su kəsiləcək
  06 Noyabr 2023    Oxunub:1075
Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti