Borreldən HƏMAS tunelləri ilə bağlı qəribə etiraf

   Borreldən HƏMAS tunelləri ilə bağlı qəribə etiraf
  20 Noyabr 2023    Oxunub:1162
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell diqqət çəkən açıqlama verib.
O İspaniyanın “El Pais” qəzetinə müsahibəsində etiraf edib ki, HƏMAS radikal hərəkatının Qəzzada yeraltı tunellərinin olmasını təsdiq və ya təkzib edən məlumatlara malik deyil.

İsrail Qəzzaya gündəlik 70 min litr yanacaq göndərilməsinə icazə verdi
"Şəxsən mən onların (tunellərin) mövcud olub-olmadığını bilmirəm", - Borrell qeyd edib.

Borrell Qəzzada bütün məhəllələrin dağıdıldığını xatırladıb və vurğulayıb ki, İsrail ordusu (ÇAXAL) bu fəaliyyətini binaların altında HƏMAS tunellərinin olması ilə izah edir. Yəni əsgərlər yaraqlıların sığınacaqlarına çatmaq üçün binaları dağıtmalı olurlar.

Xatırladaq ki, bundan öncə ÇAXAL-ın "Əş-Şifa" xəstəxanasında əməliyyat reallaşdırması ilə bağlı xəbərlər yayılmışdı. Qeyd edilirdi ki, burada əsgərlər HƏMAS-ın yeraltı tunellərindən birini aşkarlayıblar. Tuneldə həmçinin çoxlu sayda silah-sursat olan bomba yüklü avtomobili və girovlardan biri Yehudit Vaysın cəsədini tapıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Tunel   Borrel  





Xəbər lenti