İsrail Qəzzaya gündəlik 70 min litr yanacaq göndərilməsinə icazə verdi

İsrail Qəzzaya gündəlik 70 min litr yanacaq göndərilməsinə icazə verdi
  20 Noyabr 2023    Oxunub:1384
İsrail Misir vasitəsilə Qəzzaya gündəlik 70 min litr yanacaq daşınmasına razılıq verib.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında məlumat verilib.

"Noyabrın 19-da Misirdən Qəzzaya 69 000 litr yanacaq gəlib. İsrail hakimiyyəti Misirdən gündəlik təxminən 70 000 litr yanacaq idxalına icazə verməyə başladığını təsdiqləyib. Bu, əsas humanitar əməliyyatlar üçün minimum tələblərdən xeyli aşağıdır", - sənəddə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Qəzza  





Xəbər lenti