"Ermənistan dost ölkədir" - Peskov

   "Ermənistan dost ölkədir" -    Peskov
  30 Noyabr 2023    Oxunub:1664
"Moskva İrəvanı müttəfiq hesab edir və onunla dostluq münasibətlərini inkişaf etdirməyi planlaşdırır". Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalamasını belə şərh edib.
MDB-nin qeyri-rəsmi sammitinin vaxtı açıqlandı

“Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Və təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - Kreml nümayəndəsi qeyd edib.

Həmçinin oxu

Nazarbayevin məhəbbət macərası: "Onun alovlu gözlərini və fiqurasını unuda bilmirdim"
2023-cü ilin ən nüfuzlu 25 qadını: Beyons və Ursula fon der Leyen
Putinin böyük mətbuat konfransının tarixi bəlli oldu

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Peskov  





Xəbər lenti