İlham Əliyevin çıxışı zamanı ermənilər nə etdi? – DEPUTAT

İlham Əliyevin çıxışı zamanı ermənilər nə etdi? – DEPUTAT
  25 İyun 2014    Oxunub:1312
Prezident İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib.
AzVision.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva prezidentin çıxışı erməni nümayəndə heyətini çox əsəbləşdirib:

“Cənab Prezident AŞPA-da gözəl çıxış etdi. Heç bir kağıza, qeydə baxmadan mükəmməl bir çıxış, suallara verdiyi gözəl cavablar. Qürur duyduq. Çıxışdan sonra nümayəndə heyəti üzvləri olaraq görüşdük və təbriklərimizi catdırdıq. Gözəl söhbət etdik. Cənab Prezidentin çıxışı dostları sevindirən, düşmənləri üzən bir çıxış idi. Məndən öndəki sırada Ermənistan nümayəndə heyətinin 3 üzvü oturmuşdu əsəblərindən bilmirdilər nə etsinlər. Cənab Prezident Qarabağla bağlı da çox ciddi mesajlar verdi. Hər kəs bilməlidir ki, Azərbaycan uzun illər oturub vəziyyətin bu cür davam etməsini gözləməyəcək sözünün altındakı mesajı məncə anlamayan olmadı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti