Azərbaycanda 27 mindən çox narkoman var

O bildirib ki, ümumi yaş qrupu 18-45 olan narkotikdən istifadə edənlərin 97 faizini kişilər, 3 faizini isə qadınlar təşkil edir.
Problemin ictimai təhlükəsindən bəhs edən İSİM-in nümayəndələri Səbinə Babazadə, Aysel Hacıyeva və Pərvin Quliyeva hər kəsi narkomaniya ilə mübarizədə birgə olmağa çağırıblar. Məruzəçilər, həmçinin narkomaniyanın profilaktikası məqsədilə İSİM tərəfindən ali və orta məktəblərdə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirildiyini, bununla da sağlam həyat tərzinin təbliğ edildiyini vurğulayıblar.
Digər çıxış edənlər də son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirilyini nəzərə çatdırıblar.
Məruzələrdən sonra mövzu ətrafında fikir mübadiləsi aparan iştirakçılara sonda İSİM tərəfindən hazırlanıb və çap edilmiş “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı bukletlər paylanılıb