İlham Rəhimovun “Cinayət və Cəza”sı

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov demişdir ki, kitabda cinayət anlayışı və onun mahiyyəti, cinayətkar davranışın səbəbləri, cinayətkarın şəxsiyyəti, cəzanın dini-fəlsəfi mahiyyəti, ölüm cəzasının dini-fəlsəfi əsasları kimi aktual məsələlər araşdırılıb. Mütəfəkkirlərin əsərdə toplanmış ibrətamiz fikirləri, atalar sözləri oxucunu cinayət və cəzanı fəlsəfi, psixoloji və sosioloji aspektləri barədə düşünməyə vadar edir.
Təqdimat mərasimində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, professor Mirağa Cəfərquliyev, şöbə müdirləri professor İsaxan Vəliyev, Rəfiqə Əzimova və başqaları çıxış edərək kitabın məziyyətlərindən söhbət açmış, müəllifə elmi yaradıcılığında uğurlar arzulayıblar.
İlham Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, bu sahədə fəaliyyətini gələcəkdə də davam etdirmək fikrində olduğunu söyləyib.
Kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan mütəxəssislər, eləcə də cinayətkarlıqla mübarizə problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Teqlər: